RU

Qubada maşın ağaca çırpıldı: sürücü öldü, sərnişin yaralandı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.

Избранный
27
6
publika.az

10Источники