Pentaqon rəhbəri Pit Heqsetin yüzlərlə general və admiralın iştirakı təcili iclas çağırmasının səbəbi açıqlanıb.
Axar.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, Heqset mənəvi əhval-ruhiyyəni yoxlamaq qərarına gəlib.
Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Virciniya ştatının Quantiko şəhərində hərbi standartlara və mənəvi-psixoloji vəziyyətə həsr olunmuş iclasda qısa nitqlə çıxış etməyi planlaşdırır.
Bu arada, bəzi hərbi rəhbərlər mümkün işdən çıxarılmalara hazırlaşır.