RU

Gəzintiyə çıxdı, milyoner oldu

Fransada bir kişi gəzintidə olduğu zaman ayağına ilişən daş sayəsində böyük sərvətə sahib olub.

"Bakuinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İlkin baxışda adi qaya parçasına bənzəyən daşın parlaq səthi və fərqli quruluşu adamın diqqətini cəlb edib və o, həmin daşı mütəxəssislərə göstərib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bu daş sadə bir daş deyil, nadir rast gəlinən göydaşıdır. Mütəxəssislərin fikrincə, həmin göydaşı əsrlər əvvəl kainatdan Yerə düşüb və tərkibində yüksək miqdarda qiymətli metallar olduğu üçün olduqca dəyərlidir.

Nadirliyi və xüsusi elementləri ilə seçilən göydaşının bazar dəyərinin təxminən 6 milyon manat olduğu bildirilib. Bu isə təsadüfən tapılan adi daş parçasının sahibini bir anda milyonçu edə biləcək qədər böyük sərvətə çevrildiyini göstərir.

Избранный
28
2
bakuinfo.net

3Источники