RU

ABŞ Kolumbiya prezidentinin vizasını ləğv edib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Kolumbiya prezidenti Qusatov Petronunvizasını ləğv etmək qərarına gəlib. Buna səbəb onun Amerikaəsgərləri ilə bağlı bəyanatı olub.

Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi X səhifəsindəməlumat yayılıb.

Qeyd olunub ki, Petro Nyu-York küçələrinə çıxaraq hərbçiləriəmrlərə tabe olmamağa çağırıb və onları zorakılığa təşviq edib.

“Biz Petronun düşüncəsiz və araqızışdıran addımlarına cavabolaraq, onun vizasını ləğv edəcəyik”, - deyə Dövlət Departamentininbəyanatında bildirilib.

Bundan əvvəl Qustavo Petro ABŞ-nin miqrantların hüquqlarınahörmət etmək niyyətində olmadığını bildirərək, Azadlıq heykəlininNyu-Yorkdan Kolumbiyanın Kartaxena şəhərinə köçürülməsini təklifetmişdi.

Избранный
13
az.trend.az

1Источники