Şəkidə qoz ağacından yıxılan 65 yaşlı kişi ölüb.
Axar.az xəbər verir ki, hadisə rayonun Baş Layısqı kəndində baş verib.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Allahyar Hümbət oğlu Şirinov qoz ağacından yıxılıb.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.