RU

“Ruki Vverx” fanatlarına saxta bilet satan kassir saxlanıldı

Tulada "Ruki Vverx"in konsertinə saxta bilet satan kassir barəsində cinayət işi açılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk özünün Telegram kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, ümumilikdə 22 nəfər dələduzun qanunsuz əməllərinin qurbanı olub. Volk onu da bildirib ki, şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü bəndi(Dələduzluq) ilə cinayət işi açılıb: "Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detallarını müəyyənləşdirir".

Избранный
22
28
publika.az

10Источники