RU

Məşhur “qanuni oğru” oğluna toy etdi, məclisə gəlmədi –FOTO

Gürcüstanda “qanuni oğru”, məşhur kriminal Tariel “Taro” Onianinin oğlu Uşba Onianinin toy mərasimi olub. 

AzPost bildirir ki, Mtsxeta şəhərindəki “Marani” zalında baş tutan məclisə 500-dən çox qonaq gəlib. Lakin bəyin atası toyda olmayıb.

Toy əzəmətli Svetitxoveli kilsəsində başlanıb. Uşba gəlininin qarşısına ənənəvi gürcü geimində çıxıb, onun gəlini rus əsilli Maşa (Məryəm) isə uzun dekolteli ağ paltarda olub.

Həmin axşam səhnəyə gürcü estradasının ulduzları Nino Çxeidze, Şvidkatsa ansamblı və “Kuçis Biçebi” ilə Nini Karseladze çıxıblar.

Toya Rusiyadan çoxsaylı qonaqlar, o cümlədən məşhur müğənni Valeri Meladzenin qızı Sofiko Meladze gəlib.

Bayram əhval-ruhiyyəsinə baxmayaraq, qonaqlar bəyin həyatında ən vacib şəxsin – atası Tariel Onianinin məclsidə görməyiblər. Səbəb ona qaoyulmuş məhdudiyyətlərdədir: 2019-cu ildə Rusiya həbsxanasından azad edildikdən sonra ona Rusiyaya giriş qadağan edilib, sonra isə çirkli pulların yuyulması ittihamı ilə İspaniyaya ekstradisiya edilib. KİV-in məlumatına görə, Tariel Oniani hazırda İspaniyada yaşayır.

Uşba və onun bacısı Qvantsa Paris və Barselonada böyüyüblər. Gələcək bəy Londondakı Britaniya Beynəlxalq Məktəbini, sonra isə Cass Biznes Məktəbini bitirib.

Bu gün o, ailə biznesini idarə edir. Onun xaricdə təhsil almış həyat yoldaşı Maşa səyahət həvəsi və aktiv həyat tərzi ilə tanınır.

AzPost.az

Избранный
15
1
azpost.info

2Источники