RU

Azərbaycan III MDB Oyunlarında ilk medallarını qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda qızlar və oğlanlardan ibarət komandaların final qarşılaşmaları keçirilib.

Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib.

Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar.

Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər.

Bu gün həmçinin fərdi yarışlara da start veriləcək.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

Избранный
2
22
xalqqazeti.az

10Источники