RU

Saakaşvilinin partiyası qadağan olunur?

Bu ilin oktyabrında Gürcüstan hakimiyyəti ölkənin Konstitusiya Məhkəməsinə müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia qaldırmağı planlaşdırır. Söhbət keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi partiyadan gedir.

Publika.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Ümumilikdə kollektiv şəkildə "Milli Hərəkat"ı təşkil edən bütün partiyaları konstitusiyaya zidd elan etmək üçün müvafiq iddia qaldıracağıq", - siyasətçi bildirib.

Baş nazir bu prosesi demokratik addım adlandırıb.

Избранный
9
publika.az

3Источники