RU

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Poliqon xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Poliqon.info

Избранный
8
49
poliqon.info

10Источники