RU

Ağsu POLİSİNİN UĞURLARI - Sakinlər rəis Oruc Əmiraslanovdan razılıq edirlər


Azərbaycan Polisi haqqında düşünərkən ilk yada düşən Birinci  Qarabağ müharibəsi olur.

Təsəvvür edirsiniz Milli Ordumuzun olmadığı, silah-sursatın olmadığı  o  illərdə ümid ancaq və ancaq polis əməkdaşlarına qalırdı.

Ermənistandan qovulan  100 minlərlə  soydaşlarımızın yerləşdirilməsində, onların asayişinin qorunmasında, hətta  döyüş  bölgələrində erməni vandallarına  qarşı döyüşlərdə  Azəraycan polisinin xidmətləri  misilsiz dərəcədə olub. Bunu unutmaq olmaz.

Sonrakı illərdə, yəni  Milli Ordumuzun  yaradılmasından sonra  polis orqanları əsas funksiylarını yerinə yetirməyə başladılar.

Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev

Azərbaycan polisi haqqında demişdir: “Azərbaycan polisi dövlətçiliyimizin dayağıdır, xalqımızın təhlükəsizliyinin təminatçısıdır”.

Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də  Azərbaycan polisinin fəaliyyətini  yüksək qiymətləndirib: “Azərbaycan polisi dövlətçiliyimizin əsas dayaqlarından biridir və öz peşəkarlığı, fədakarlığı ilə xalqın etimadını qazanıb”.

Həqiqətən də polis əməkdaşları təkcə  ictimai sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə  deyil, həm də 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı  dövrdə əhalinin təhlükəsizliyinin təminin olunmasında  mühüm rol oynayıb.

Bu gün Azəraycan polisinin sıralarında keçmiş Qarabağ veteranları, döyüşçülər, qazilər də var. Cənab nazir, general-polkovnik Vilayət Eyvazov  bu məsələlərə çox diqqətlə, həssas yanaşır. Ümumiyyətlə, Daxili İşlər Naziri  cənab Vilayət  Eyvazovun layiqli  kadrların  düzgün seçilib yerləşdirilməsindəki mövqeyi nümunə olacaq səviyyədədir.

Məhz  buna görə də, yəni  kadrların düzgün seçilməsinə görə,  bu gün Azərbaycan polisi xalqın etimadını qazanmış, daxili işlər orqanlarında çalışan minlərlə əməkdaşın gündəlik fəaliyyəti ölkənin sabitliyi və inkişafı naminə sərf olunur.

Cənab nazirin uğurlu kadrlarından biri də Ağsu RPŞ-nin rəisi  polkovnik  Oruc Əmiraslanovdur.   

Məlumat  üçün qeyd  edək ki,  Oruc  Əmiraslanov  uzun müddətdir ki, daxili işlər orqanlarında uğurla çalışır.

O, əvvəl Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, sonradan həmin rayonun polis şöbəsinin rəis müavini vəzifələrində çalışıb.

Daha  sonra Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində  çalışıb.

2023-cü ildə isə cənab nazir Vilayət  Eyvazovun əmri ilə Ağsu RPŞ-ə təyin edilib.

Oruc Əmiraslanov  2 il müddətində Ağsu polisində  ciddi nizam-intizam yaradıb və  rayon  sakinlərinin dərin   hörmətini qazanıb.

 Bu  gün  inamla deyə  bilərik ki, Ağsu rayonunda ictimai asayişin qorunması, cinayətkarlığın qarşısının alınması yüksək səviyyədədir. Oruc Əmiraslanov özü şəxsən sakinləri   qəbul edib, onları prolemləri ilə maraqlanır və kömək edir. Eyni zamanda cənab rəis şəhid ailələrinə, Qarabağ veteranlarının prolemlərinə çox həssas və qayğıkeşliklə yanaşır.

Biz də bu  yolda  cənab  Oruc Əmiraslanova və Ağsu polisinə işlərində uğurlar  arzulayırıq.

Yazı  Ağsu rayon  sakinlərinin fikirləri əsasında hazırlanıb.

 

NUH.az


Избранный
14
nuh.az

1Источники