Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, belə ki, sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə sentyabr ayının pensiyaları, sentyabrın 23-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin sentyabr ayı üzrə pensiyaları, sentyabrın 26-da isə sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
XQ