RU

KREML TƏLƏSDİRİR, CİNAYƏT İŞİ DALANA DİRƏNİB Şixlinski və səfərovların işini aparan müstəntiqin “başı dərddə”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Yekaterinburq şəhərində yaşayan Səfərov qardaşları və tanınmış diaspora rəhbəri, iş adamı Şahin Şıxlinskiyə qarşı qaldırılmış saxta cinayət işləri dalana dirənib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan populyar “VÇK-OQPU” teleqram kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, Şıxlinski və Səfərovlara qarşı cinayət işi üzrə istintaqı aparan Yekaterinburq İstintaq İdarəsinin müstəntiqi iş yerində sərxoş olub və özünü nalayiq aparıb. Buna səbəb onun sözügedən işi “uğursuz”(səbəb açıqlanmır) aparması və buna görə rəhbərlik tərəfindən sərt tənqid olunması və sıxışdırılmasıdır.

Kanalın yazdığına görə, bu azərbaycanlıların işini aparan müstəntiq - Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayətinin xüsusilə mühüm işlərin araşdırılması üzrə dördüncü idarəsinin rəisi, mayor Yaroslav Kuzvesovun öz iş yerində içki içməsinə və isterikasına səbəb, onun Sverdlovsk İstintaq Komitəsinin rəhbəri, general-mayor Boqdan Frantişko ilə münaqişəsi olub: "Frantişko Kuzvesovu çağırıb və ondan istintaqı sürətləndirməyi tələb edib. Kuzvesov isə lovğalanıb ki, "hər şey yaxşıdır, mən işin öhdəsindən gələcəm". Sonra general özündən çıxıb və kobud sözlərə əl atıb”. Təbii ki, Rusiya reallığında, özü də başıpozuq hüquq-mühafizə sistemində “kobud sözlər” deyərkən nələrin nəzərdə tutulduğunu təsəvvür etmək elə də çətin deyil…

Kanal yazır ki, general Frantsişkonun özünü rəhbərlik sıxışdırır və istintaqın mümkün qədər tez başa çatdırılmasını (yəni, saxtalaşdırılmasını-red.) tələb edir. Lakin göründüyü kimi, müstəntiq bunu etməkdə çətinlik çəkir və buna görə də belə bir münaqişə yaranır.

Kanal etiraf edir ki, etnik azərbaycanlılara qarşı səs-küylü cinayət işləri Rusiyanın Azərbaycanla danışıqlarda istifadə etmək niyyətində olduğu arqumentlərdən biri olmalıdır. Lakin iş açıqlanmayan səbəblərdən yubanır: “Axı Bakı bir ildir ki, Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasına görə Moskvadan açıq şəkildə üzr istəməsini gözləyir. Moskva isə danışıqlarda öz arqumentlərini hazırlamaq üçün fasilə götürmüşdü. Lakin Ural müstəntiqlərinin uğursuzluğu Moskvanı pis vəziyyətdə qoyur”.

Göründüyü kimi, sözügedən rus kanalının da etiraf etdiyi kimi, Kreml azərbaycanlılara, xüsusilə də Şahin Şıxlinskiyə qarşı saxtalaşdırılan cinayət işini öz siyasi məqsədləri və Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Bu isə getdikcə çirkinləşən Putin Rusiyasının Azərbaycanla münasibətlərdə nə dərəcədə “səmimi” olduğunun və nə qədər miskin, rəzil duruma düşdüyünün daha bir nümunəsidir…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
azpolitika.info

1Источники