RU

Astaranın bu qəsəbəsində bəzi əraziləri su basdı

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi əraziləri subasmaya məruz qalıb.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Избранный
13
26
axar.az

10Источники