RU

"Bir damla qan, min ümidə can" devizi ilə qanvermə aksiyası təşkil olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, "Marsol Group", "Məlhəm Beynəlxalq Hospital", Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, 27 Sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə qanvermə aksiyası Bakı şəhəri üzrə "Bakı KOB evi", Respublika Qan Bankı və "Məlhəm Beynəlxalq Hospital"da təşkil olunub. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və "Marsol Group"un nümayəndələri qan veriblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasda baş tutub. Belə ki, qanvermə aksiyası 25-26 sentyabr tarixlərində Bakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.
"Bir damla qan, min ümidə can" devizi ilə təşkil olunan qanvermə aksiyasında sahibkarlar və şirkət əməkdaşları fəal iştirak ediblər.
Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxın şəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, ötən il aksiya çərçivəsində 500-ə yaxın şəxs qan verib.
Избранный
10
8
oxu.az

9Источники