RU

Gürcüstan Saakaşvilinin partiyasını qadağan etmək istəyir

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstan hakimiyyəti oktyabrda ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək, keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif “Vahid Milli Hərəkat” partiyasına, eləcə də partiyanın fikir və siyasətini bölüşən digər siyasi qruplara qadağa qoyulmasını tələb etməyi planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Biz çox güman ki, oktyabr ayında “Vahid Milli Hərəkat” kollektivinə daxil olan bütün partiyaları konstitusiyaya zidd elan etmək üçün iddia qaldıracağıq. Bu, demokratik bir prosesdir və iddia mütləq Konstitusiya Məhkəməsinə veriləcək”, - Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısının qeyd etdiyi kimi, məhkəməyə müraciət etmək üçün əsas Saakaşvili dövründə cinayətləri araşdıran müvəqqəti parlament komissiyasının rəyi olacaq.

Qeyd edək ki, fevral-avqust aylarında Gürcüstan parlamentində Saakaşvilinin 2003-2012-ci illərdə prezidentliyi dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti komissiya fəaliyyət göstərib. İclaslar zamanı komissiya üzvləri o illərdə baş vermiş hadisələrin şahidlərinin - siyasətçilərin, hərbi qulluqçuların, sadə vətəndaşların ifadələrini dinləyiblər. Komissiyanın əsas mövzuları arasında 2008-ci ilin avqust münaqişəsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
yeniavaz.com

2Источники