RU

Gürcüstan Saakaşvilinin partiyasını qadağan etmək istəyir


Gürcüstan hakimiyyəti oktyabrda ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək, keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif “Vahid Milli Hərəkat” partiyasına, eləcə də partiyanın fikir və siyasətini bölüşən digər siyasi qruplara qadağa qoyulmasını tələb etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Biz çox güman ki, oktyabr ayında “Vahid Milli Hərəkat” kollektivinə daxil olan bütün partiyaları konstitusiyaya zidd elan etmək üçün iddia qaldıracağıq. Bu, demokratik bir prosesdir və iddia mütləq Konstitusiya Məhkəməsinə veriləcək”, - Kobaxidze bildirib.
Gürcüstan hökumətinin başçısının qeyd etdiyi kimi, məhkəməyə müraciət etmək üçün əsas Saakaşvili dövründə cinayətləri araşdıran müvəqqəti parlament komissiyasının rəyi olacaq.
Избранный
8
1
yeniavaz.com

2Источники