RU

Qusarda şəhidlərimizin xatirəsi ehiramla yad edildi FOTO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

27 Sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da şəhidlərimizin xatirəsi ehiramla yad edilib.Bizim.Media xəbər verir ki, Anım Günündə Qusar Rayon İcra Hakimiyyətinin Başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir Şəhidlər xiyabanının ziyarət edilməsi ilə başlayıb. Şəhid məzarlarının önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, şəhidlərin əziz xatirələri yad edilib.Anım Günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirilib, 130 ədəd müxtəlif növ ağac əkilib.Rayon ərazisində saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
2
bizim.media

3Источники