RU

“Şərqi Avropa dövlətləri Rusiya təhdidlərinə qarşı “dron divarı“ qurur“ “Reuters“

ain.az, Moderator.az saytına istinadən bildirir.

"Rusiya həm Avropa İttifaqı, həm də NATO-nu sınağa çəkir və cavabımız dərhal, qəti və birgə olmalıdır..."

Şərqi Avropanın on ölkəsi Avropa İttifaqının dəstəyi ilə Rusiyanın pilotsuz təhdidlərinə qarşı "dron divarı" qurmaq barədə razılığa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Dron divarı" ideyası

Məlumatda deyilir ki, bu ölkələr Bolqarıstan, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, Rumıniya, Macarıstan, Slovakiya və Danimarkadır. Layihə müasir aşkarlama, izləmə və zərərsizləşdirmə sistemlərini əhatə edəcək və "Şərq cinahı" adlanan daha geniş təhlükəsizlik proqramının tərkib hissəsi olacaq.

Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, söhbət artıq sadəcə müzakirədən yox, real addımlardan gedir: "Rusiya həm Avropa İttifaqını, həm də NATO-nu sınağa çəkir və cavabımız dərhal, qəti və birgə olmalıdır". Lakin maliyyələşmə ilə bağlı dəqiq detallar hələ açıqlanmayıb.

Skandinaviya üzərində naməlum uçuşlar

Bu arada Avropanın şimalında da naməlum dronların aktivliyi müşahidə olunur. İsveçin Karlskrona arxipelaqında - ölkənin başlıca Hərbi-Dəniz Bazasının yaxınlığında iki pilotsuz aparat qeydə alınıb. Onların mənbəyi və məqsədi məlum deyil. Polis hadisəni aviasiya qanununun pozuntusu kimi araşdırır.

Son günlər Norveç, Danimarka və Almaniyada da oxşar müşahidələr qeydə alınıb. Bəzi ölkələrin təhlükəsizlik qurumları bunu açıq şəkildə "kəşfiyyat fəaliyyəti və ya casusluq ehtimalı" kimi qiymətləndirir.

Macarıstanla Ukrayna arasında "dron gərginliyi"

Ukrayna prezidenti Vladimir Zelenski sərhəd üzərində qeydə alınan və ehtimalən Macarıstana məxsus kəşfiyyat dronları ilə bağlı ordusuna sərt göstəriş verib: "Əgər onlar yenidən hava məkanımızı pozsalar, hərbi qüvvələr müvafiq reaksiya verməlidir". Hadisə ilə bağlı Ukrayna tərəfi geniş araşdırma aparır.

Zelenski hesab edir ki, Macarıstan Rusiyadan enerji asılılığını davam etdirməklə həm Aİ-yə, həm də NATO-ya hörmətsizlik edir. O, ABŞ prezidenti Donald Trampın Avropaya çağırışını xatırladaraq, Budapeştin Rusiyadan neft və qaz asılılığını dayandırmalı olduğunu vurğulayıb. Budapeşt isə iddiaları qətiyyətlə rədd edir. Macarıstan XİN rəhbəri Peter Siyyarto Zelenskini "antimacarıstan mübtəlası"nda günahlandırıb.

Avropanın şərqində və şimalında artan dron fəaliyyəti yeni reallıq formalaşdırır. Bir tərəfdən Aİ "dron divarı" kimi genişmiqyaslı müdafiə layihəsi planlaşdırır, digər tərəfdən isə üzv dövlətlər arasında, xüsusən də Macarıstanla Ukrayna arasında qarşılıqlı ittihamlar böyüyür. Skandinaviya üzərində görünən naməlum pilotsuz uçuşlar isə ümumi tablonu daha da gərginləşdirir: Avropanın hava məkanı indi müharibənin yeni cəbhəsinə çevrilməkdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
moderator.az

2Источники