RU

"Ona necə deyə bilərəm ki, məni oynadın?" - "Neftçi"nin xilaskarı açıq danışdı

"Neftçi"nin mövsümdə ilk qələbəsini 5-ci tur turda qazanmasının əsas səbəbi hücum xəttinin dişsiz görünməsi hesab oluna bilər.

Çünki əvvəlki 4 görüşdə real qol şansları sağa-sola xərclənmişdi.

Xüsusilə forvard mövqeyində çıxış edən Bassala Sambunun passivliyi gözdən qaçmırdı.

27 yaşlı legioner 5 görüşün hamısına start heyətdə meydana çıxsa da , faktiki heç nə ilə yadda qalmayıb.

Qol imkanlarını havaya sovurmaq xaric.

Onun bacarmadığını isə Ağadadaş Salyanski öz üzərinə götürdü.

5 matçda üst-üstə cəmi 57 dəqiqə forma şansı alan gənc azərbaycanlı Sumqayıtda vurulan hava-su qədər dəyərində qolun müəllifi oldu.

Görəsən, gənclər millimizin üzvü daha çox meydanda olmaq imkanı qazansaydı, arxada qalan 5 turda hər şey tam fərqli ola bilərdimi?

21 yaşlı hücumçu Sportinfo.az-a açıqlamasında suala bu cür reaksiya verib:

"Məşqçinin öz qərarı var. Mən necə deyə bilərəm ki, məni oynadın?

Doğrusunu baş məşqçimiz bilir. Bu gün də şans verdi və düşünürəm ki, bunda istifadə edə bildim.

Əvvəlki oyunlarda sonradan meydana çıxırdım, amma mən də fərqlənə bilməmişdim.

Meydanda Sambo, Alessiyo və ya mənim olmağımın bizə fərqi yoxdur. Biz bir komandayıq. "Neftçi" üçün əlimizdən gələni edirik".

XANOĞLAN

Избранный
10
sportinfo.az

1Источники