“Qarabağ”ın Çempionlar Liqasında rəqibi olan “Liverpul”un yarımmüdafiəçisi Florian Virts komandanın doğma stadionu “Enfild”dəki ab-havanı yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bayer”də çox həzz aldım, oradakı hər şeyi sevirdim – azarkeşləri, klubun özünü. Amma eyni zamanda, “Enfild”ə çıxanda bunun bir pillə olduğunu başa düşürsən.
“Heç vaxt tək gəzməyəcəksən” sözünü eşidirsən və bu, həqiqətən də təsiredicidir”.
Almaniyalı futbolçu 2025-ci ilin yayında 125 milyon avroya “Bayer”dən “Liverpul”a keçib. O, “qırmızılar”ın heyətində bütün yarışlarda 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.