RU

AzVP şəhidlərimizi andı - FOTOLAR

27 Sentyabr - Anım Günü ilə bağlı ziyarətlər davam edir.

"Cebheinfo.az" xəbər verir ki, ziyarətçilər arasına siyasi partiyaların da nümayəndələri var.

Azad Vətən Partiyasının rəhbərliyi də Zəfər abidəsini ziyarət ediblər. Onlar şəhidlərimizin abidəsinin qarşısına güllər qoyub, dualar ediblər.

Partiyanın sədri Akif Nağı mətbuata açıqlamasında 27 sentyabrın Azərbaycan tarixində əbədi həkk olunduğunu vurğulayıb:

"Bu tarix hər bir azərbaycanlı üçün unudulmazdır. Çünki Vətən müharibəsindəki tarixi qələbəmizə gedən yol məhz bu gün başladı. Həmçinin, ərazi bütövlüyümüz və suverenliyimizin bərpa olunmasına gedən yolun da başlanğıcı 27 sentyabr idi. Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayırıq".

"Cebheinfo.az"

Избранный
17
1
cebheinfo.az

2Источники