RU

“Krokus” terroru: Ölənlərin sayı artdı

Rusiyanın Moskva vilayətində "Krokus Siti Holl"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.

 

Sitat.info xəbər verir ki, bu barədə TASS-a vəkil İqor Trunov məlumat verib.

 

O bildirib ki, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası almışdı.

 

Xatırladaq ki, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində daha əvvəl 149 nəfərin öldüyü açıqlanmışdı. Hücumdan sonra hadisənin 4 icraçısı – Məhəmmədsabir Fayzov, Dalercan Mirzəyev, Səidəkrəmi Rəcəbəlizadə və Şəmsiddin Fəriduni Ukraynaya qaçmağa çalışıblar. Onlar Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər.

Избранный
8
1
sitat.info

2Источники