RU

Rusiya keniyalıları zorla Ukrayna cəbhəsinə göndərir SENSASİON DETALLAR

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keniya məhkəməsi keniyalıların Rusiya ordusunun tərkibində Ukraynada döyüşmək üçün göndərilməsini təşkil etməkdə şübhəli bilinən şəxs barəsində 10 günlük həbs qətimkan tədbiri seçib.

Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şübhəli şəxs Edvard Kamau Githukudur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Keniya vətəndaşlarını qaçaqmalçılıq yolu ilə Rusiyaya aparan cinayətkar təşkilata rəhbərlik edir. Keniya polisi qeyd edir ki, şübhəlilər Ukraynada döyüşməyə göndəriləcək insanları Rusiyada iş vəd edərək aldadıblar.

Githuku sentyabrın 25-də Nayrobi yaxınlığında keçirilən reyd zamanı saxlanılıb. Əməliyyat nəticəsində hüquq-mühafizə orqanları Rusiyaya göndərilməyə hazırlaşan 22 nəfəri xilas edib.

Araşdırmalara Ukraynada əsir düşmüş keçmiş Keniya vətəndaşı, 36 yaşlı Evans Kibetin ifadəsindən sonra başlanılıb. Kibet bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün aldadılıb və zorla Rusiya ordusunda döyüşməyə göndərilib.

Kibetin sözlərinə görə, o, Rusiyaya turist kimi gedib. Orada ona vizasının müddəti bitdiyi halda iş təklif edilib. Daha sonra rus dilində sənədlər verilib, imzalaması tələb olunub, pasportu və telefonu isə müsadirə edilib. Bir neçə gün sonra onu hərbi düşərgəyə aparıblar və bildiriblər ki, sənədləri imzalamamaqla Rusiya Silahlı Qüvvələrində xidmət etməkdən imtina edə bilməz.

Bir həftəlik ilkin hazırlıqdan sonra Kibet cəbhəyə göndərilib. O, hərbi formasını atıb meşəyə qaçdığını və Vovçansk sektorunda Ukrayna əsgərlərinə təslim olduğunu iddia edib. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
4
icma.az

5Источники