Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır qəza baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ağbil kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı avtomobillə düşdüyü qəzada ölüb.
Ceyhun Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi çalışırmış. Onun bu yaxınlarda toyunun olduğu bildirilir.
Həmçinin qəza nəticəsində avtomobildə olan sərnişin – 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Qubada ağır qəza baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Ağbil kəndi ərazisində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, Ceyhun adlı gənc idarə etdiyi 40-BC-862 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı avtomobillə düşdüyü qəzada həlak olub.
Qeyd edilir ki, Ceyhunun bu yaxınlarda toyu olmuşdu.