RU

Avtomobil qaz xəttinə çırpıldı - Abonentlər qazsız qaldı

Şərurda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.


Manset.az Report-a istinadən xəbər verir ki, Şərur rayon Dizə kəndində minik avtomobili qaz xəttinə çırpılıb.

Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Избранный
15
12
manset.az

10Источники