RU

Türkiyə Rusiya neftindən İMTİNA EDİR

Rusiyadan Türkiyəyə neft idxalı kəskin azalıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi LSEG və bazar iştirakçılarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabr ayında Türkiyənin Rusiyadan aldığı neftin həcmi apreldən bəri ən aşağı göstəriciyə enib.

Mütəxəssislər satınalmaların azalmasını bir neçə amillə izah edirlər: digər neft növləri ilə artan rəqabət, sanksiyaların güclənən təzyiqi və siyasi vəziyyət.

Nəticədə, Rusiya nefti regionun ən iri bazarlarından biri olan Türkiyədə tədricən mövqelərini itirir.

Musavat.com

Избранный
23
14
musavat.com

10Источники