RU

Prezident olduğu 8 ay müddətində Tramp ailəsinin sərvəti iki dəfə artıb

Forbes: ABŞ prezidentinin ailəsi artıq 10 milyard dollara sahibdir...

Poliqon xəbər verir ki, Forbes jurnalı ABŞ Prezidenti Donald Tramp və ailəsinin ikinci prezidentlik müddətinin başlanmasından bəri nə qədər varlandığını araşdırıb. Nəticələrə görə, Tramp ailəsinin ümumi sərvəti hazırda 10 milyard dollar təşkil edir. Bu, 2024-cü ildəki göstəricidən demək olar ki, iki dəfə çoxdur.

Ən böyük qazanc birbaşa prezidentin özü və birinci lediyə məxsusdur. Son bir ildə onların sərvəti 3 milyard artaraq 7,3 milyard dollara çatıb. Bu, 70%-lik yüksəlişdir.

Trampın əsas gəliri kriptobiznesdən olub. Təxminən 2 milyard dollar World Liberty Financial adlı blokçeyn platformasından və Trump adlı memkoinin satışından əldə edilib. Bundan əlavə, 400 milyon dollar beynəlxalq lisenziya müqavilələrindən qazanılıb. Digər gəlirlər isə Melaniya Trampın memuarlarından, çıxışlarından və şəxsi kriptotokenindən formalaşıb.

Bütün bunların fonunda Donald Tramp Forbes-un dünyanın ən zəngin şəxsləri siyahısında 118 pillə irəliləyərək 201-ci yerə yüksəlib.

Prezidentin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner də atasının 2024-cü ildəki qələbəsindən sonra təxminən 100 milyon dollar zənginləşiblər. Onların gəliri əsasən biznes və daşınmaz əmlakın qiymət artımından formalaşıb. Prezidentin oğlu Erik Tramp isə sərvətini 40 milyon artıraraq 750 milyon dollara çatdırıb. Onun gəlirlərində kriptobiznesin də payı var. Bu sahədə o, qardaşı Donald Tramp-kiçiklə birlikdə fəaliyyət göstərir. Tramp-kiçik həmçinin GrabAGun silah mağazasının və Truth Social sosial şəbəkəsinin şərikidir. Onun sərvəti bir ildə 50 milyon dollar artıb.

Ailənin ən gənc üzvü, 19 yaşlı Barron Tramp isə atasının kripto platforması World Liberty Financial-ın yaradılmasında iştirak edib. Forbes yazır ki, Barron tokenlərin satışından 80 milyon dollar qazanıb. Bundan başqa, onun sərəncamında satılacağı halda 525 milyon dollar gəlir gətirə biləcək tokenlər də mövcuddur.

Poliqon.info

Избранный
34
poliqon.info

1Источники