“Araz-Naxşçıvan” iddialı komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq”.
Bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 6-cı turunun “Araz-Naxçıvan”la 1:1 hesabı ilə qurtarmış oyundan sonra deyib.
“İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirilər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır”, - baş məşqçi deyib.
Abbasov milli komandanın baş məşqçisi postu ilə bağlı danışıqlara da toxunub: “Təklif olub, danışıqlar gedib. Yəqin ki, yaxın günlərdə qərar veriləcək. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm”.