RU

"Neftçi" "Karvan"la bərabərə qaldı, Şamaxıda heç-heçə

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında VI tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq keçirilib. 

“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 

Hazırda “Şamaxı” 6 xalla 9-cu pillədə qərarlaşıb.

Naxçıvan təmsilçisi isə 11 xalla ikincidir. 

Günün ikinci matçında “Neftçi” öz meydanında “Karvan”ı sınağa çəkib. Matç 060 hesablı bərabərliklə yekunlaşıb.

Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi hazırda 7 xalla 8-ci, Yevlax klubu isə 5 xalla 11-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq. 

27 sentyabr

19:00. "Neftçi" - "Karvan" - 0:0 
Hakimlər:
Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
"Neftçi Arena"

15:30. "Şamaxı" - "Araz-Naxçıvan" - 1:1 

Qollar: Rüfət Abbasov, 28 (1:0); Şarl Boli, 73 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu

28 sentyabr

16:30. "Turan Tovuz" - "Kəpəz"

19:00. "Sabah" - "Sumqayıt"

26 sentyabr

"İmişli" - "Zirə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 2:0

Bombardirlər: 

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Избранный
22
8
teleqraf.com

10Источники