RU

Paşinyan: Azərbaycan və Türkiyə ilə birlikdə regional əlaqələr Cənubi Qafqazı sülh və sabitlik mühitinə çevirmək baxımından vacibdir

Nyu-York, 27 sentyabr, AZƏRTAC

İranla və Gürcüstanla dialoqumuz və qardaşlıq əlaqələrimiz inkişaf edir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan və Türkiyə ilə birlikdə bu əlaqələr Cənubi Qafqazı sülh, sabitlik və inkişaf mühitinə çevirmək baxımından son dərəcə vacibdir. “Bu mənada mən region ölkələri ilə dialoq aparmağımız və Rusiya Federasiyası ilə ənənəvi dialoqumuzu inkişaf etdirməyimiz üçün vacib platforma olan 3+3 formatını da qiymətləndirirəm”, - deyə Paşinyan vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

Избранный
32
2
azertag.az

3Источники