RU

İsrail Qəzzanın yarısını ələ keçirdi Bir milyona yaxın insan...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İsrail ordusu Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrinə istinadən məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin yarısından çoxuna nəzarət edir və 800 min sakin ərazini tərk etmək məcburiyyətində qalıb. İsrail ordusu son günlər Qəzza şəhərinə endirdiyi zərbələrin miqyasını genişləndirib”, – nəşr yazıb.

İsrail ordusunun mətbuat xidməti bildirib ki, ordu son 24 saat ərzində Qəzza zolağında silahlıların 120 hərbi obyektinə zərbələr endirib. Zərbələr xüsusi olaraq Həmas-ın istifadə etdiyi bir neçə müşahidə məntəqəsini, həmçinin terrorçuların yeraltı obyektlərini hədəf alıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
globalinfo.az

1Источники