RU

Paşinyan BMT-də Azərbaycanla münasibətlərdən danışıb

“Beynəlxalq ictimaiyyətə məmnuniyyətlə məlumat verirəm ki, Ermənistan və Azərbaycan arasında sülh əldə olunub. Bu prosesdə Donald Trampın rolu həlledici olub. Onun öhdəliyi və ardıcıllığı qeyri-mümkün görünən şeyi mümkün etdi”.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından çıxışında bildirib.

Paşinyan əlavə edib ki, İlham Əliyevlə birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər:

“Çünki biz onun həqiqətən sülhə sadiq olduğunu öz gözlərimizlə gördük”.

Избранный
29
operativmedia.az

1Источники