RU

Anım Günündə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib  

27 Sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin beşinci ildönümündə İkinci Fəxri xiyabanı ziyarət edərək ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüb, sonra şanlı Qələbəmizə həsr edilmiş Zəfər parkında Zəfər abidəsi ziyarət ediblər.

Dövlət Sərhəd Xidməti aparatında keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunmuş Qələbənin tarixi əhəmiyyətindən, dövlət başçısının siyasi liderlik və sərkərdə məharətindən, qəhrəman hərbçilərimizin şücaətindən, xalqımızın səxavətindən danışılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi dövlət siyasəti nəticəsində şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman dərin ehtiram göstərilir, onların ailələri və qazilərimiz dövlətin, cəmiyyətin diqqət mərkəzində saxlanılır.

Tədbirin sonunda şəhidlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olacağı bir daha xüsusi vurğulanıb və şəxsi heyətə Vətən müharibəsindən bəhs edilən sənədli film nümayiş olunub.

Избранный
11
8
azerbaijan-news.az

9Источники