RU

Naxçıvanda şəhidlərin xatirəsi anılıb  

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsini yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər.

Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşərək ehtiramını ifadə edib.

“Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Избранный
7
1
azerbaijan-news.az

2Источники