RU

Rusiyanın neft stansiyası bombalandı

Ajans.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb. Məlumata görə, dron hücumu nəticəsində Konar qəsəbəsində yerləşən nasos stansiyası sıradan çıxıb və yanğın başlayıb. Hadisədən sonra neftin həmin istiqamət üzrə nəqliyyatına fasilə verilib. Rəsmi qurumlar stansiyanın fəaliyyətinin dayandırıldığını təsdiqləyiblər. Qeyd olunub ki, bu addım zədələrin miqyasını qiymətləndirmək üçün atılıb. Çuvaşiya rəhbərliyi də hücumu təsdiqləyib. Agentlik bildirib ki, bu hücumlar Rusiyanın neft sektoruna qarşı davam edən “sanksiyalar”ın bir hissəsidir:

“Rusiyanın enerji sektoru ölkəyə böyük gəlirlər gətirir və bu pullar Ukraynaya qarşı aparılan müharibəyə xərclənir. Biz həmin resursları hədəfə almağa davam edəcəyik”.

Избранный
12
2
Ajans.az

10Источники