1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sentyabrın 25-də Vaşinqtonda Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən danışıqlarda digər mövzularla yanaşı, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün birgə addımların atılması məsələsi də gündəmə gətirilib".
Oxu.Az "HaberTürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə ABŞ-yə səfərinin nəticələri barədə danışarkən deyib.
"Ərdoğan və Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün birgə mümkün addımları müzakirə ediblər. Həmçinin iki ölkənin NATO çərçivəsində əməkdaşlığı müzakirə olunub", - nazir bildirib.
Fidanın sözlərinə görə, Türkiyə lideri bundan başqa, Fələstin məsələsini də gündəmə gətirib.
"O bu məsələlərin bizim üçün əhəmiyyətini xüsusilə vurğulayıb. Ən önəmlisi Qəzza zolağında dərhal atəşkəsin bərqərar olmasıdır", - nazir əlavə edib.
Gündəliyə Suriya-ABŞ münasibətləri ilə bağlı məsələlər də daxil edilib.
"Bütün ölkələr razıdır ki, Suriya öz ərazi bütövlüyünü və siyasi birliyini qorumalıdır", - XİN rəhbəri vurğulayıb.