RU

Azərbaycan millisinin 13 yaşlı oyunçusundan AÇIQLAMA

Azərbaycanın U-16 millisinin oyunçuları III MDB Oyunlarında keçirəcəkləri növbəti matçda qələbə qazanmağı düşünürlər.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın yarımmüdafiəçisi Xəzər Hüseynzadə millinin yer aldığı A qrupunda Tacikistanla oyunundan (1:0) sonra deyib.

3 yaşlı futbolçu vacib qələbə qazandıqlarını söyləyib:

"Tacikistan keyfiyyətli rəqib idi. İlk hissədə qol vurduq.

İkinci hissədə də yaxşı oynayıb qələbə qazandıq. Qol sevincinin üzərində məşqlərdə çalışırdıq.

Oyunda da tətbiq etdik. Növbəti rəqibiniz güclüdür, ancaq qələbə haqda fikirləşirik və çempionluğa oynayırıq".

III MDB Oyunlarında futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.

Избранный
11
sportinfo.az

1Источники