RU

NATO Şərq cinahında müdafiə əməliyyatını nəzərdən keçirir

NATO hava məkanının pozulmasına adekvat tədbirlərin görülməsi barədə müzakirələr aparır. Variantlardan biri Şərq cinahında real müdafiə əməliyyatına keçidlə müşahidənin gücləndirilməsidir. SİA “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Cavo Draqone Riqada Alyansa üzv ölkələrin Baş Qərargah rəislərinin görüşündən sonra başverənlərin obyektiv qiymətləndirilməsi ilə bağlı davam edən araşdırmaların nəticəsində bunun seçim ola biləciyini qeyd edib.

Mövcud hava məkanının müşahidəsi missiyasının hava hücumundan müdafiə missiyasına çevrilməsi NATO-nun Şərq cinahındakı imkanlarının əhəmiyyətli dərəcədə artırılmasına gətirib çıxara bilər. Bundan əlavə, silah tətbiqinə dair yeni qaydaların müəyyənləşdirilməsi hava məkanına daxil olan obyektlərin vurulmasını asanlaşdıra bilər. NATO artıq Baltik dənizi regionunda yeni, müxtəlif sahələri əhatə edən vasitələrlə daha diqqətli nəzarətin həyata keçiriləcəyini elan edib. Alyansın bəyanatında qeyd olunub ki, bu vasitələrə kəşfiyyat, müşahidə və izləmə platformaları, həmçinin hava hücumundan müdafiə məqsədilə ən azı bir freqat daxildir.

Избранный
9
4
sia.az

5Источники