RU

Tramp şatdaun təhlükəsi səbəbilə bazar ertəsi konqresmenlərlə görüşəcək

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp hökumətin bağlanması (şatdaun) ehtimalı fonunda bazar ertəsi Respublikaçılar və Demokratların Konqres liderləri ilə görüşəcək.

APA xəbər verir ki, bu haqda “Associated Press” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

“Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatda çoxluq lideri Con Tunun, həmçinin Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakim Cefris və Senatda azlıqların lideri Çak Şumerin daxil olacağı görüş Ağ Ev rəsmisi və məsələ ilə tanış olan başqa bir şəxs tərəfindən təsdiqlənib”, - agentlik bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
6
apa.az

10Источники