Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus yük maşınının arxasına çırpılıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, daha 16 sərnişin yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.