RU

Ömrümüzü 81 dəqiqə qısaldan 4 qida

Yediyimiz hər bir yemək ömrümüzə təsir edir. Miçiqan Universitetində aparılan yeni bir araşdırma isə bu təsiri dəqiqələrlə ölçüb və nəticələr şok doğurub. Məlum olub ki, bəzi məşhur qidalar həyatımızdan onlarla dəqiqə götürə bilir.

E-saglam.az xəbər verir ki, alimlərin hesablamasına görə, yalnız bir hot-doq yemək ömrünüzü 36 dəqiqə azalda bilər. Eyni şəkildə, emal olunmuş ətlər və süni dadlandırıcılar da bədənə mənfi təsir göstərir.

Ömrü qısaldan qidalar:

Hot-doq: -36 dəqiqə

Jambon və digər emal edilmiş ətlər: -24 dəqiqə

Aspartamlı içkilər: -12 dəqiqə

Çizburger: -9 dəqiqə

Pizza, makaron və pendir kimi digər işlənmiş məhsullar da mənfi siyahıya daxildir.

Ömrü uzadan qidalar:

Qızardılmış balıq: +10 dəqiqə

Emal edilmiş ətlərin bir hissəsini meyvə-tərəvəzlə əvəzləmək: +48 dəqiqəyə qədər

Mütəxəssislərin fikrincə, ən böyük zərəri konservantlar, boyalar, əlavə şəkər və yağlarla dolu ultra emal olunmuş qidalar verir. Bunlara dondurulmuş pizzalar, şəkərli dənli bitkilər və sənaye üsulu ilə hazırlanmış şirniyyatlar daxildir.

Aspartam təhlükəsi

Araşdırma xüsusilə “pəhriz” və ya “şəkərsiz” içkilərdə geniş istifadə edilən aspartama diqqət çəkir. Bu dadlandırıcının müntəzəm qəbulu həm ömrü qısaldır, həm də narahatlıq və 2-ci tip diabet riskini artırır.

Alimlər qeyd edirlər ki, bu qidaları tamamilə qadağan etmək lazım deyil. Əsas məsələ onların təsirini bilmək, istehlak tezliyini azaltmaq və rasionda balıq, meyvə və tərəvəz kimi faydalı məhsullara daha çox yer verməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
10
e-saglam.az

1Источники