RU

Hacıqabulda yol qəzası OLDU KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Musayev Mehman Gəray oğlu, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Hamlet Musa oğlu və Ağdam sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən İsmiəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
15
konkret.az

10Источники