RU

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Musayev Mehman Gəray oğlu, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Hamlet Musa oğlu və Ağdam sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən İsmiəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
 
Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Избранный
26
15
moderator.az

10Источники