Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında ümumilikdə dörd idman növü üzrə yarışlar baş tutacaq.
Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları davam edəcək. Qoşa və qarışıq-qoşa növləri üzrə 1/4 final, yarımfinal və final matçları baş tutacaq.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı yarışı başlayacaq.
Şəki Şəhər Stadionunda çövkən oyunları keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla üz-üzə gələcək. B Qrupunda isə Özbəkistan Qazaxıstanla qarşılaşacaq.
Gəncə İdman Sarayında isə üzgüçülüyün bir neçə növü üzrə final yarışları keçiriləcək.