Bu gün yerli vaxtla saat 07.00-da Moldovada parlament seçkilərində səsvermə başlayıb.
Azreform.info xəbər verir ki, ölkə ərazisində l 1,961, ölkədən kənarda yaşayan vətəndaşlar üçün isə 301 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Seçkilərin baş tutması üçün 3.2 milyon seçicidən ən azı üçdə biri səs verməlidir. Seçkiləri 3,000-dən çox müşahidəçi müşahidə edəcək. Bunlar arasında ATƏT Demokratik Təsisat və İnsan Hüquqları Bürosu, həmçinin müxtəlif beynəlxalq təşkilatlar da daxil olmaqla, 600-dən çox beynəlxalq müşahidəçi var.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də seçkiləri müşahidə edir.
Seçki məntəqələri saat 21:00-da bağlanacaq.