RU

İstanbula uçan təyyarə Bakıda məcburi eniş etdi

“Turkish Airlines” aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən “Airbus A321” təyyarəsinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Bu barədə aeroportdan Oxu.Az-a bildirilib.

Verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.

Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.

Избранный
19
46
editor.az

10Источники