RU

Astarada avtomobil körpüsü qəzalı vəziyyətdə

Bir neçə gün əvvəl yağan güclü yağışlar Astaranın Sərək kəndində avtomobil körpüsünə ciddi ziyan vurub. Körpünün torpaq qatı yuyulub, üst hissəsi isə tamamilə qəzalı vəziyyətə düşüb.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbərin verir ki, sakinlər bildirirlər ki, həmin gündən bəri gündəlik gediş-gəliş üçün körpüdən ehtiyatla istifadə edirlər. Avtomobili olan sakinlər isə çaydan keçərək gedirlər.

Kəndin sakinlərini daha çox qarşıdan yağışlı günlərin gəlməsi narahat edir.

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirldi ki, qəzalı körpü Sərək, Deqadi və Səlivə kəndlərini birləşdirir. Əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilib, körpünün təmir olunması nəzərdə tutulub.

İcra Hakimiyyətindən oda qeyd olundu ki, həmin kəndlərin alternativ yolları da mövcuddur.

Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik.

Избранный
20
3
far.az

4Источники