RU

III MDB Oyunlarında ilk medallarımız

III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.

Hər iki komanda final görüşündə Rusiya millisinə uduzub. Həm oğlanlardan, həm də qızlardan ibarət komandalar rəqiblərinə 0:2 hesabı ilə məğlub olublar.

Qızlar arasında fərdi yarışların yarımfinalında özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edən Mərziyə Nurmətova finala yüksəlib.

Digər idmançımız Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub – 1:3.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Избранный
23
xalqqazeti.az

1Источники