RU

Anım Gününə dair silsilə tədbirlər həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən bir sıra tədbirlər baş tutub.

Qurumdan Publika.az-a verilən məlumata görə, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri Anım Günü ilə əlaqədar olaraq Zəfər Parkını ziyarət ediblər. Onlar Qələbə rəmzi olan memorial abidəni ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad ediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə ağacəkmə aksiyası baş tutub. 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə simvolik olaraq Azərbaycan Könüllüləri tərəfindən 2908 ağac əkilib. Bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 2908 igid övladını təmsil edir və onların əziz xatirəsinin əbədiləşdirilməsinə rəmzi bir töhfədir.

Eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Könüllü Qəhrəmanlar" adlı tədbir həyata keçirilib. Tədbirdə Azərbaycan Könüllüləri 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər və hərbi ekspertlə görüşüblər. Qəhrəman qazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən söz açaraq, müharibə dövründə yaşadıqları xatirələrdən, döyüş meydanında göstərdikləri fədakarlıq və igidliklərdən bəhs ediblər.

Избранный
20
7
publika.az

8Источники